Salome Zurabişvili ölkəsi ilə bağlı müzakirələrə qatılacaq
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili və amerikalı konqresmen Co Uilson yanvarın 9-da Gürcüstanla bağlı panel müzakirələrində iştirak edəcəklər.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Hudson İnstitutu məlumat yayıb.
Müzakirəyə ABŞ-nin NATO-dakı keçmiş səfiri Kurt Uolker və Makkeyn İnstitutunun analitiki Lora Tornton da dəvət olunub.
“Son illərdə Kobaxidzenin “Gürcü Arzusu” partiyası Kremlpərəst mövqe tutub. Qərbin Moskvaya qarşı sanksiyalarını pisləyib, Gürcüstanın Rusiya ilə iqtisadi əlaqələrini dərinləşdirib və Ukraynadakı müharibəni Şimali Atlantika Müqaviləsi Təşkilatının üzərinə atıb. Partiya siyasi müxalifəti, vətəndaş cəmiyyətini və müstəqil medianı yatırtmaqla hakimiyyətini saxlayıb. Bu çağırışlara baxmayaraq, gürcülər Rusiyanın təsirinə qarşı cəsarətlə müqavimət göstərirlər, bu da birbaşa ABŞ-nin milli maraqlarına uyğundur”, - deyə Hudson İnstitutunun bəyanatında bildirilib.
Xatirə SADİQ