Saratov vilayətinin qubernatoru etiraf etdi – İki nəfər ölüb

Saratov vilayətinin Engels şəhərindəki sənaye müəssisəsinə Ukrayna dronlarının hücumundan sonra baş vermiş yanğının söndürülməsi zamanı iki yanğınsöndürən həlak olub, bir yanğınsöndürən yaralanıb. 

Jan 8, 2025 - 19:18
Saratov vilayətinin qubernatoru etiraf etdi – İki nəfər ölüb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib. 

Onun sözlərinə görə, yaralanmış yanğınsöndürən xəstəxanaya aparılıb. Qubernator əlavə edib ki, Engels şəhərində fövqəladə rejim tətbiq olunacaq.

Qeyd edək ki, qubernator səhər Engels və Saratov üzərində bir neçə pilotsuz təyyarənin məhv edilməsi haqqında yazıb. Onun sözlərinə görə, dronların qalıqları sənaye obyektinin üzərinə düşüb və nəticədə yanğın baş verib. 

Qubernator söhbətin hansı müəssisədən getdiyini dəqiqləşdirməyib.

Ukrayna KİV-ləri xəbər veriblər ki, söhbət “Enmgels-2” hava limanını yanacaqla təmin edən neft bazasından gedir. 

Xatirə SADİQ