G7 görüşündə ABŞ-nin tarifləri məsələsi qaldırılacaq - Meloni Coli
Kanada G7 üzrə xarici işlər nazirlərinin görüşündə ABŞ-nin tarifləri ilə bağlı məsələni qaldırmaq niyyətindədir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Coli Ottavada mətbuat konfransında bildirib.
Nazri bildirib ki, ABŞ dövlət katibi Marko Rubio, eləcə də Avropa ölkələrindən olan həmkarları ilə görüşməyi planlaşdırır: “Mən cavabı avropalılarla əlaqələndirmək və amerikalılara təzyiq göstərmək üçün hər görüşdə tariflər məsələsini qaldıracağam”.
O, qeyd edib ki, Amerika tarifləri Kanadanın iqtisadiyyatından daha böyük məsələlərə toxunur.
“Söhbət ölkəmizin gələcəyindən gedir. Ölkəmizin suverenliyi və kimliyi müzakirə mövzusu deyil. Biz suverenliyimizi, işlərimizi və həyat tərzimizi müdafiə edəcəyik və bunu hər gün birlikdə edəcəyik”, - deyə kanadalı nazir vurğulayıb.
Onun sözlərinə görə, kanadalılar geri çəkilməyəcəklərini və ya məcbur edilməyəcəklərini aydın şəkildə çatdırıblar.
“Bu tariflərə bəhanə qazandırılması hər gün dəyişir. Bu əsassız ticarət müharibəsində yeganə sabit olan prezident Trampın iqtisadi zorakılıq yolu ilə ölkəmizi ilhaq etmək barədə danışmasıdır”, - deyə Coli yekunlaşdırıb.
Xatırladaq ki, Tramp Kanada və Meksikanın əksər idxal məhsullarına 25 faizlik rüsumlar tətbiq edib və Çindən idxal olunan mallara cari 10%-lik tarifi iki dəfə artıraraq 20%-ə çatdırıb.
Buna cavab olaraq Kanadanın keçmiş baş naziri Castin trüdo 155 milyard dollar dəyərində Amerika mallarına 25 faizlik gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.
Tramp Kanada və Meksikaya rüsumların tətbiqini artıq iki dəfə ertələyib.
Xatirə SADİQ