Şolts Ukraynanın müdafiəsinə qalxdı - “Buna yol vermək olmaz”

“Ukraynanın demilitarizasiyası Rusiyanın müharibə məqsədlərindən biri idi və buna yol vermək olmaz”.

Mar 13, 2025 - 12:51
Şolts Ukraynanın müdafiəsinə qalxdı - “Buna yol vermək olmaz”

SAVASHMEDİA.az “Tagesschau”ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O, güclü ordunun ölkə üçün təhlükəsizliyin ən vacib təminatı olduğunu vurğulayıb:

Şolts sülh əldə olunana qədər və ondan sonra da Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsinə çağırıb.

Onun sözlərinə görə, hazırda müzakirə olunan atəşkəs uzunmüddətli sülhə nail olmaq yollarını araşdırmaq imkanı verir. O hesab edir ki, bu, məhbus mübadiləsi və ya oğurlanmış insanların geri qaytarılması kimi əlavə addımları əhatə edə bilər.

Xatirə SADİQ