Avropa Komissiyasından Trampa təpki – “Suverenliyə hörmət əsasdır”

Avropa Komissiyası ABŞ administrasiyası ilə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə işi davam etdirəcəyini gözlədiyini və dövlətlərin suverenliyinə hörmətin zəruri olduğunu bəyan edib.

Jan 8, 2025 - 18:46
Avropa Komissiyasından Trampa təpki – “Suverenliyə hörmət əsasdır”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa komissarı Anitta Hipper ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiqini istisna etməkdən imtina bəyanatına münasibət bildirərkən deyib. 

Avropa Komissiyasında qeyd edilib ki, bu məsələ sırf nəzəriyyədir və dövlətlərin suverenliyi Avropa İttifaqı üçün əsasdır.

“Dövlətlərin suverenliyinə hörmət edilməlidir. Bu, həm də bizim diplomatik dəyərimiz və üzərində işlədiyimiz əsas prinsipdir. Biz öz tərəfimizdən növbəti ABŞ administrasiyası ilə daha güclü transatlantik gündəm, ümumi məqsədlər və əsas strateji maraqlar məsələləri üzərində işləməyi səbirsizliklə gözləyirik”, - deyə avrokomissar əlavə edib.

Xatirə SADİQ