“Müharibənin baş çatması Trampın qələbəsi olmalıdır” – Zelenski

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması təcavüzkar dövlətin başçısı Vladimir Putinin deyil, ABŞ prezidenti Donald Trampın qələbəsi olmalıdır”.

Jan 23, 2025 - 08:26
“Müharibənin baş çatması Trampın qələbəsi olmalıdır” – Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Davos forumu çərçivəsində “Bloomberg”ə müsahibəsində deyib.

ABŞ prezidenti Donald Trampın sülh danışıqlarındakı rolu ilə bağlı suala Zelenski belə cavab verib: “Hesab edirəm ki, Ukraynada müharibənin dayandırılması məsələsi Putinin yox, Trampın qələbəsi olmalıdır. Putin onun üçün heç kimdir. Amerika, Avropa, Çin Rusiyadan daha güclüdür. Onların hamısı aktorlardır”.

Zelenski diqqətə çatdırıb ki, Rusiya ilə hər hansı danışıqlara başlamaqdan əvvəl birgə fəaliyyət planının formalaşdırılması vacibdir.

“Düşünürəm ki, həqiqətən də müharibəni bitirmək, onu tez bitirmək istəyənlərin, əgər hamımız üçün bu, mümkündürsə, Putinlə ünsiyyətimizə qədər bir plan hazırlamağımız məsləhətdir. Hesab edirəm ki, bu, ABŞ-nin, Avropa İttifaqının, bütövlükdə Avropanın maraqlarına uyğundur. Bu, Ukraynanın və bizim xalqın marağındadır”, - deyə Zelenski bildirib.

Xatirə SADİQ