UEFA Abdulbari Gozalla bağlı qara sarğı qərarı verdi
“Bugünkü oyunda 1 dəqiqəlik sükut olacaq və komandalar meydana qara sarğı ilə çıxacaqlar”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
O, Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək FKSB ilə oyundan əvvəl yanvarın 18-də vəfat edən klubun fəxri prezidenti Abdulbari Gozalın anılması ilə əlaqədar UEFA-ya müraciət etdiklərini və qitənin ali futbol qurumundan müsbət cavab aldıqlarını bildirib.
Qeyd edək ki, “Qarabağ” – FKSB matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. (publika)