Zeynəb Xanlarova vəsiyyətini etdi - "Meyitimi yandırarsınız..." 

"Gözümü açandan ilk sevgim anam olub. Elə gec ailə qurmağımın səbəbi də məhz bu idi".

Jul 12, 2026 - 12:40
Zeynəb Xanlarova vəsiyyətini etdi - "Meyitimi yandırarsınız..." 

SAVASHMEDİA.az xəbər verir ki, bu fikri Xalq artisti Zeynəb Xanlarova 25 il əvvəl - 2001-ci ildə Mehriban Ələkbərzadənin "Persona" verilişində səsləndirib.

"Anamı o qədər sevmişəm ki, ailə qurmağı da yadımdan çıxarmışdım" deyən Xalq artisti ana sevgisinə görə Allaha təşəkkür edib.

Dediyinə görə, uşaqlarına öləndə anasının qəbrinin ayaq hissəsində dəfn edilməsini vəsiyyət edib:

"Uşaqlarıma da demişəm ki, mən öləndə meyitimi yandırıb anamın ayağının altında basdırarsınız. Ki, ondan ayrı düşməyim. Amma Səlim (rəhmətlik həyat yoldaşı - red.) həmişə deyərdi ki, narahat olma, sən öləndə səni Fəxri Xiyabanda basdıracaqlar".

"Övladlarıma demişəm, mən rəhmətə gedəndən sonra mənim yox, anamın qəbrini ziyarət etsəniz,ruhum da şad olacaq", - Zeynəb Xanlarova əlavə edib.