“Qorxuram, Putin məni özü ilə Rusiyaya aparar” - amerikalı senator
ABŞ-nin respublikaçı senator Lindsi Qrem jurnalistlərin “Alyaska sammitinə gedəcəksinizmi” sualına zarafatyana cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalist Aleks (Ələkbər) Raufoğlu X sosial şəbəkəsində yazıb.
“Xeyr. Qorxuram ki, Putin məni özü ilə Rusiyaya aparar”, - deyə senator jurnalistlərə bildirib.
Qeyd edək ki, Lindsi Qrem mütəmadi olaraq Putini tənqid edir və Rusiyanı sanksiyalarla hədələyir.
Xatirə SADİQ