Kiyevdə 8 nəfərin taleyi məlum deyil - Zelenski

“İşğalçıların Kiyevi raket atəşinə tutmasından sonra 8 nəfərin taleyi hələ də məlum deyil”. 

Aug 29, 2025 - 13:55
Kiyevdə 8 nəfərin taleyi məlum deyil - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında yazıb. 

Onun sözlərinə görə, ümumilikdə Kiyevdə 23 nəfər ölüb, 53 nəfər yaralanıb. 

Rusiyanın Kiyevin Darnitski rayonunda yaşayış binasına zərbə endirdiyi yerdə xilasetmə işləri başa çatıb.

Xatırladaq ki, Rusiyanın 28 avqust hücumu zamanı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin binasının 100 metrliyinə düşüb.

Xatirə SADİQ