Alyaska görüşündən gözləntilər müzakirə olundu - Londonda 

Londona səfər edən Ukrayna prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyanın baş naziri Kir Starmerlə Alyaska görüşündən gözləntilərini müzakirə ediblər.   

Aug 14, 2025 - 17:14
Alyaska görüşündən gözləntilər müzakirə olundu - Londonda 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında məlumat paylaşıb. 

Onun sözlərinə görə, ikitərəfli formatda Alyaskadakı görüşdən gözləntilər və ehtimal olunan perspektivlər, eləcə də kifayət qədər ətraflı təhlükəsizlik təminatları ətrafında fikir mübadiləsi aparılıb. 

Zelenski hesab edir ki, ABŞ Rusiyanı qətlləri dayandırmağa və əsl mahiyyətli diplomatiyaya cəlb etməyə nail olarsa, bu təhlükəsizlik təminatları dünyanı həqiqətən dayanıqlı edə bilər. 

Prezident bəyan edib ki, Ukrayna avqustda iki ölkə arasında yüzillik sazişi ratifikasiya etməyə hazırlaşır. 

Xatirə SADİQ