Putinin ideoloqu güc strukturlarını “Tanrı qorxusunun elçiləri” adlandırdı

“Rusiya vətəndaşları güc strukturlarının – Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi, FSB, Rusiya Milli Qvardiyası və prokurorluğun nümayəndələrinə “Tanrı qorxusunun elçiləri” kimi yanaşmalıdırlar”. 

Aug 14, 2025 - 17:11
Putinin ideoloqu güc strukturlarını “Tanrı qorxusunun elçiləri” adlandırdı

SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bunu Kremlin əsas ideoloqlarından biri olan Aleksandr Dugin öz telegram kanalında yazıb. 

Duginin fikrincə, “vicdanlı vətənpərvərlər” əlaqələrini və səfər yerlərini məxfi saxlamamalı, eləcə də Federal Təhlükəsizlik Xidmətinin (FTX) izləməsindən qorxmamalıdır.

“Rus adamı üçün FTX bizimkidir. Onlar ölkəmizə və həyatımıza cavabdeh olanlardır. Bu oğlanlar Ukraynadan çıxmırlar, ölürlər, daxili düşmənləri tuturlar, özlərini riskə atırlar”, - deyə Dugin vurğulayıb. 

O, hesab edir ki, bütün güc qüvvələrini “kilsəyə cəlb etmək” lazımdır, çünki bu, “ən etibarlısıdır”, rus vətənpərvərinin kodundan hər hansı sapma (filosof bunun nə olduğunu izah etmir) isə “inanılmaz qəddarlıqla cəzalandırılmalıdır”.

Başabəla filosof vurğulayıb ki, artıq rusları məişət texnikası, xüsusən də kofeüyüdənlər və dairəvi lövhəciklər (rozetka) vasitəsilə izləyirlər. “Və daha çox olacaq. Sual budur ki, kim casusluq edəcək – düşmənlər, yoxsa özümüzünkülər. Rusiya xüsusi xidmət orqanlarının liberal demonizasiyası ilə vidalaşmağın vaxtıdır”, deyə başabəla filosof çağırış edib.

Qeyd edək ki, Aleksandr Duginin adı Qərb mediasında Rusiya prezidenti Vladimir Putinin “ustadı” kimi hallandırılır. Onun adı ABŞ, Avropa İttifaqı, Britaniya və Kanadanın sanksiya siyahılarına da daxil edilib.

Amma onun “Tanrı qorxusunun elçiləri” kimi vəsf etdiyi güc strukturlarının əməkdaşları filosofun Darya Platonova kimi tanınan qızını terrordan qoruya bilmədilər. Onun qızı 2022-ci ilin avqustunda Moskva ətrafındakı tədbirdən geri dönərkən maşında partlayıb. O, atasının ideoloji tərəfdaşı və fəal dəstəkçisi idi.

Xatirə SADİQ