Sabah saat 08:00-dan bu yol BAĞLANACAQ - Bakıda

Oktyabrın 21-də saat 08:00-dan etibarən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Oct 20, 2026 - 17:41
Sabah saat 08:00-dan bu yol BAĞLANACAQ - Bakıda

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.