Tramp İranın 10 şərtini zibil qutusuna atıb - Sözçüsü hər şeyi DANIŞDI

Az öncə Ağ Evin mətbuat katibi Karolin Levitti İranla bağlanmış atəşkəs razılaşması və digər mövzularla bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. 

Apr 8, 2026 - 22:46
Tramp İranın 10 şərtini zibil qutusuna atıb - Sözçüsü hər şeyi DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, canlı yayımla bütün dünyanın izlədiyi mətbuat konfransında bir sıra sualların cavabı verilib.

Ağ Ev təmsilçisinin dediklərini ümumiləşdirərək tezis formasında təqdim edirik:

1. Zənginləşdirilmiş uran məsələsi ABŞ üçün prinsipial mövqedir və danışıqlarda əsas şərt kimi qalır. İranın zənginləşdirilmiş uranı təhvil verməyə hazır olduğu bildirilib.

2. Livan məsələsi razılaşmaya daxil deyil.

3. ABŞ bu prosesi yalnız İranın nüvə və birbaşa təhlükəsizlik məsələləri ilə məhdudlaşdırmağa çalışır.

4. İranın Hörmüzdən “haqq alması” qəbul edilməyib və rədd edilib.

5. İran ikili mövqe ortaya qoyur. Açıq şəkildə mediaya başqa, qapalı danışıqlarda isə fərqli mesajlar verir.

6. İranın “10 maddəlik planı” tamamilə rədd edilib və Tramp tərəfindən zibil qutusuna atılıb.

7. İrana qarşı sanksiyalar qüvvədə qalır və lazım gələrsə artırılacaq.

Səlcuq