İran ABŞ ilə atəşkəsi pozdu - Qalibaf səbəbi AÇIQLADI

İran parlamenti Yaxın Şərqdə atəşkəsə nail olmaq üçün davam edən səyləri yersiz adlandırıb.

Apr 8, 2026 - 23:49
Apr 9, 2026 - 00:09
İran ABŞ ilə atəşkəsi pozdu - Qalibaf səbəbi AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözlərinə görə, ABŞ danışıqlar başlamazdan əvvəl atəşkəs razılaşmasının üç əsas bəndini pozub.

"Bunlar Livandakı hücumlar, İranın uranı zənginləşdirmək hüququnun rədd edilməsi və İranın hava məkanının pozulmasıdır", - parlament sədri bildirib.

O həmçinin razılaşmanın bu müddəalarının pozulması səbəbindən atəşkəs səylərinin davam etdirilməsini yersiz adlandırıb.

Xatırladaq ki, İran ABŞ-yə münaqişəyə son qoymaq üçün 10 maddəlik plan təklif etdiyini bildirib. Sənəddə hücumların dayandırılması və ölkənin dağıdılmış infrastrukturuna görə kompensasiya ödənilməsi tələb olunub.

Səlcuq