Netanyahu Trampdan razılıq alıb - Bu ölkə VURULACAQ
İranla ABŞ arasındakı atəşkəs razılaşmasından sonra İsrailin Livana zərbələr endirməsi rəsmi Tehranın etirazlarına səbəb olub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, İran tərəfi bir neçə rəsmisinin dili ilə ABŞ ilə bağlanan atəşkəs anlaşmasına Livanın da daxil edildiyini bəyan edib.
Ağ Ev isə son bəyanatında bunu təkzib edərək, Livan mövzusunun sözügedən atəşkəs anlaşmasının tərkib hissəsi olmadığını ifadə edib.
İranın bu səbəbdən atəşkəsdən imtina edəcəyi ehtimalının müzakirə olunduğu bir vaxtda isə mövzu ilə bağlı maraqlı detallar məlum olub.
Belə ki, nüfuzlu "Axios" nəşri İsrailin Baş naziri Binyamin Netanyahunun Livanı vurmaqla bağlı ABŞ preidentindən razılıq aldığını yazıb.
Nəşrin iddiasına görə, atəşkəs elan edilməzdən bir qədər əvvəl Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığında Livan məsələsini qaldırıb.
Həmin söhbət zamanı onlar İsrailin İranla atəşkəs qüvvəyə mindikdən sonra da Livandakı hücumlarını davam etdirə biləcəyi barədə razılığa gəliblər.
ABŞ rəsmiləri bildiriblər ki, Ağ Ev Livanda davam edən bu hücumların İranla atəşkəsi pozacağı ehtimalını yüksək dəyərləndirmir.
Səlcuq