"Tramp bizə bir söz desin, Putin doğrudan razılaşıb?" - Zelenski TƏƏCCÜBLƏNDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə enerji sahəsində atəşkəs barədə razılaşmanın elan edilməsinin onun üçün gözlənilməz olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə jurnalist Barak Ravidə açıqlamasında danışıb.
“Enerji atəşkəsinin elan edilməsi mənim üçün gözlənilməz xəbər oldu. Amma ruslar enerji sahəsində atəşkəslə razılaşarsa, Ukrayna da razılaşacaq. Əgər Prezident Tramp bununla bağlı Putinlə razılaşıbsa, xahiş edirəm, bizə məlumat versin”, - Zelenski bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji atəşkəsinin başladığını açıqlayıb. Lakin tərəflər arasında belə bir razılaşmanın əldə olunması ilə bağlı məlumatlar dəqiqləşdirilməlidir.
Oğuz