Zelenski yenə söydü
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə qarşı genişmiqyaslı müharibə başlanmamışdan əvvəl Qərbin, xüsusilə də ABŞ-nin davranışını tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə amerikalı podcaster Leks Fridmana müsahibəsində danışıb.
Ukrayna prezidenti xatırladıb ki, müharibədən öncəki dövrdə ABŞ-dən Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib.
“Mən yalnız bir məsələni xahiş edirdim, ilk növbədə ABŞ-dən – əgər əminsinizsə, sübutunuz varsa, onunla danışırsınızsa, o, sizə təcavüz olacağını söyləyir, əgər bütün bunlar sizi qorxudursa, mən sübut tələb etmirəm. Sadəcə mənə iki şeyi verin – bizi silahla gücləndirin, amma ən yaxşısı – bizi zəminlərlə gücləndirin ki, heç bir müharibə olmasın. İlk növbədə, silah deyil, onlardan sanksiyaları xahiş etdim. Yəni onu qorxudun. Zəhmət olmasa, “əgər gəlsə, əgər sərhədi keçsə, əgər öldürsə, sanksiyalar tətbiq edəcəyik” deməyin. Axı, bu …*, bağışlayın”, - deyə Zelenski əlavə edib.
Bu məqamda rus dilini bilən Fridman deyib ki, bir sözü tərçümə olmadan başa düşdü.
Amerikalı podkaster həmçinin Zelenskinin Ukraynaya yardım göstərilmədiyini nəzərdə tutduğunu soruşub.
“Hesab edirəm ki, yox. Biz kömək almırdıq. Əgər hesab etsək ki, sözlər yardım idi, əlbəttə, biz onları çox alırıq, çünki sözlər çox, hətta həddindən artıq çox idi”, - deyə Ukrayna prezidenti bildirib.
Xatirə SADİQ