Zelenski seçkilər üçün Trampa ŞƏRT QOYDU - "Əvvəlcə Putinə de ki..."

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 60 günlük tam atəşkəsə razılaşacağı təqdirdə ölkədə prezident seçkilərinin keçirilməsinə hazır olduğunu bildirib.

Oct 11, 2026 - 18:58
Zelenski seçkilər üçün Trampa ŞƏRT QOYDU - "Əvvəlcə Putinə de ki..."

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-nin ABC telekanalına müsahibəsində danışıb.

O bildirib ki, ABŞ tərəfi vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə 60 günlük atəşkəs təklifinin çatdırılması mümkündür. Ukrayna liderinin sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, ölkədə seçkilərin təşkili mümkün olacaq.

“Putinə deyin, 60 günlük tam atəşkəsə razılaşsın, biz də seçkiləri keçirək” - Zelenski Trampa müraciətlə bildirib.

Səlcuq