Zelenskiyə "kostyumun yoxdur?" deyən jurnalist ölümlə hədələnir - Özündən açıqlama

Zelenskinin geyimi ilə bağlı Ağ Evdə qəbuledilməz tərzdə sual verən jurnalist “minlərlə ölüm təhdidləri” almasından şikayətlənib. 

Mar 4, 2025 - 18:35
Zelenskiyə "kostyumun yoxdur?" deyən jurnalist ölümlə hədələnir - Özündən açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Daily Beast” yazır.

Məlumatda deyilir ki, söhbət Trampın ifrat sağçı müttəfiqləri ilə dolu olan “Real America's Voice” üçün Ağ Evin baş müxbiri Brayan Qlenndən gedir

“Minlərlə ölüm təhdidləri almışam. Hazırda Texasdakı evimdə polis dəstəsi işləyir. Çünki onlar deyirlər ki, məni tapıb incidəcəklər və sair. Odur ki, bu, çox ciddi problemdir”, - deyə Qlenn vurğulayıb.

Qeyd edək ki, bu şəxs “Make America Great Again” (“Amerikanı yenidən qüdrətli edək”) ideyasının qızğın tərəfdarıdır. 

Xatırladaq ki, jurnalist Zelenskiyə kostyum geyinmədiyinə irad tutanda və bunu amerikalılara “hörmətsizlik” adlandıranda ABŞ vitse-prezidenti Cey Di Vens dövlət adamına yaraşmayan gülüşünü gizlətməyə heç lüzum da görməmişdi.  

Xatirə SADİQ