Özgür Özəl barəsində istintaq başladıldı - Ərdoğana görə

Ankara Respublika Baş Prokurorluğu CHP sədri Özgür Özel barəsində istintaq başladıb.

Aug 13, 2025 - 22:01
Aug 13, 2025 - 22:04
Özgür Özəl barəsində istintaq başladıldı - Ərdoğana görə

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ədliyyə naziri Yılmaz Tunç sosial mediada məlumat yayıb.

"CHP sədrinin prezidentimizə ünvanladığı təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Həddini aşan və hörmət hüdudlarını keçən bu ifadələr 86 milyonluq vətəndaşımızı təmsil edən iradəyə açıq hücumdur.

Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi nalayiq dil artıq sadəcə üslub məsələsi deyil. Siyasi nəzakəti aşdı. Millətimiz indiyə qədər etdiyi kimi bu dəfə də böhtan siyasəti ilə məşğul olanlara icazə verməyəcək” – Tunç qeyd edib.

Xatırladaq ki, Özgür Özel CHP-li bələdiyyə sədri Özlem Çerçioğlunun AKP-yə keçidi ilə bağlı Ərdoğana sərt sözlər sərf edib: “Ərdoğan kəlmə oyunu oynayır. Beləmi alacaqsan Aydını? Sən 31 martda CHP-yə məğlub oldun, Aydından qovuldun. Aydını almaq “ya həbsə atılacaqsan, ya da partiyama qatılacaqsan” formulu ilə olursa, sənə nə deyim? Bu mərdlik deyil! Gələn dəfə Aydını səndən yenə alacağam”.

Banu 

Mövzu ilə bağlı ilk xəbərin linki:

https://savashmedia.az/onun-xahisini-kilicdaroglu-etmisdi-ayib-olsun-chp-sedri-erdogana-da-mesaj-gonderdi