Fəzail Ağamalı gedir, yerinə qızı gəlir - Günay Ağamalı təsdiqlədi

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı postunu qızı, deputat Günay Ağamalıya təhvil verə bilər. O, bu barədə özü açıqlama verib.

Aug 13, 2025 - 21:28
Fəzail Ağamalı gedir, yerinə qızı gəlir - Günay Ağamalı təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, məsələ ilə bağlı Günay Ağamalı demokrat.az-a bildirib ki, partiya sədrliyinə namizəd olacağı doğrudur:

“Bəlli olduğu kimi bir neçə ay öncə Ana Vətən Partiyasının sədrinin təşəbbüsü ilə bu ilin oktyabr ayında  partiyanın növbədənkənar qurultayı keçiriləcək. Partiyanın sədri Fəzail Ağamalı sədrlikdən istefa vermək fikrindədir. Qurultayda sədrin istefasından sonra yeni sədr seçkilərində namizədliyimi irəli sürmək fikrindəyəm. Əlbəttə, son söz qurultayındır”.

Xatırladaq ki, Fəzail Ağamalı Milli Məclisin 6 çağırış deputatı olub. O, ötən ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Son seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.