Öz partiyası Ərdoğanın təklifini rədd etdi - Novruz qalmaqalı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın milli bayram elan ediləcəyini dediyi Novruzla bağlı qanun layihəsi parlamentə təqdim edilib.
SAVASHMEDİA.az xəbər verir ki, layihə Türkiyə Böyük Millət Məclisinə (TBMM) Gələcək Partiyasının İstanbuldan seçilmiş millət vəkili Mesih Şahin tərəfindən irəli sürülüb. Çıxış edən M.Şahin bildirib ki, Novruz Prezident Ərdoğanın da dediyi kimi, qardaşlığın və sülhün simvoludur. Ona görə də layihəyə dəstək vermək lazımdır. Daha sonra Novruzun rəsmi bayram elan edilməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb. Lakin AKP və MHP-nin səsləri ilə rədd edilib.
Xatırladaq ki, R.T.Ərdoğan 21 martda İstanbuldakı çıxışında Novruzun önəmindən bəhs edərək rəsmi bayram elan ediləcəyini bildirmişdi.
Banu