Çində baş tutan Tramp-Putin görüşündə diqqətçəkən məqam - VİDEO
ABŞ lideri Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, görüş Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının sammiti çərçivəsində baş tutub.
Görüşdə diqqət çəkən məqam Donald Trampın Vladimir Putini “dost” adlandırması olub.
Belə ki, Tramp otağa daxil olan kimi Putini işarə edərək “O kimdir? O mənim dostumdur” deyib və Rusiya Prezidenti ilə səmimi şəkildə salamlaşıb.
Liderlərin görüşü təxminən 40 dəqiqə davam edib. Görüşdə Ukrayna müharibəsinin başa çatdırılması və Rusiya-ABŞ münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.
Banu
Посмотреть эту публикацию в Instagram