Putinin Moskva dəvətinə Avropadan CAVAB - Gedəcəklərmi?
Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya dəvət etməsinə qarşı tərəfin reaksiyası maraq doğurur.
SAVASHMEDİA.az xəbər verir ki, Avropa liderləri danışıqlarda iştirak məsələsinə müsbət yanaşsalar da, Rusiya paytaxtına səfərlə bağlı hələlik razılıq ifadə etməyiblər.
Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukrayna ilə bağlı qərarlar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz. O, Avropanın təhlükəsizlik məsələlərinin də avropalıların iştirakı ilə müzakirə edilməsinin vacibliyini vurğulayıb.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə Rusiya ilə Avropanın təhlükəsizlik məsələlərinin atəşkəsdən əvvəl müzakirəsini "vaxtsız" adlandırıb.
Digər tərəfdən, noyabrın 19-da Berlində Ukraynaya dəstək verən ölkələrin liderlərinin görüşü də keçirilib. Tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yanaşı, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də iştirak ediblər.
Oğuz