“Birinci gün Rusiya ilə bağlı mühüm bəyanat verəcəyəm” – Tramp
Prezident Donald Tramp NATO hesabına ABŞ silahlarının Ukraynaya tədarükü ilə bağlı alyansla razılığa gəldiyini bildirib.
SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
“Biz NATO-ya silah göndəririk və NATO bu silahların pulunu yüz faiz ödəyir. Biz “Patriot”ları NATO-ya göndərəcəyik, sonra NATO onları paylayacaq”, - Tramp vurğulayıb.
Tramp onu da qeyd edib ki, bazar ertəsi Rusiya ilə bağlı mühüm bəyanat verəcək, lakin təfərrüatları açıqlamayıb.
“Rusiya ilə bağlı məyus olmuşam. Bazar ertəsi Rusiya ilə bağlı mühüm bəyanat verəcəyəm”, - deyə Tramp diqqətə çatdırıb.
Bundan öncə isə Amerika KİV-i xəbər yaymışdı ki, Tramp vəzifəyə gələndən sonra ilk dəfə prezident səlahiyyətlərindən istifadə edərək Kiyevə silah göndərəcək. Onun dəyəri təxminən 300 milyon dollar təşkil edə bilər.
Xatirə SADIQ