“Rusiyanın dondurulmuş dövlət aktivləri…” – Mertsdən sərt bəyanat

“Rusiya genişmiqyaslı müharibə zamanı Ukraynaya vurduğu təqribən 500 milyard avro dəyərində zərəri ödəməlidir”.

Jul 11, 2025 - 12:55
“Rusiyanın dondurulmuş dövlət aktivləri…” – Mertsdən sərt bəyanat

SAVASHMEDİA.az Almaniya hökumətinin saytına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Romada Ukraynanın bərpasına həsr olunmuş konfrans çərçivəsində bildirib.

“Rusiya bu maddi ziyanı ödəməlidir. Bu baş verənə qədər o dondurulmuş aktivlərə çıxışı almayacaq və almamalıdır”.

Kanslerin sözlərinə görə, əksəriyyəti Avropa İttifaqı (Aİ) ölkələrində yerləşən yüz milyardlarla avro dəyərində Rusiyanın dövlət aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Bu aktivlərdən əldə edilən gəlirlər, əvvəlki kimi, Ukraynaya kredit dəstəyinin göstərilməsini təmin etmək üçün yönləndiriləcək.

Xatırladaq ki, Avropa Parlamenti Aİ dövlətlərini Rusiyanın dondurulmuş dövlət aktivlərini Ukraynanın müdafiəsi və bərpasına yönəltmək məqsədilə müsadirə etməyə çağırıb.

Xatirə SADIQ