Axtarışlar yekunlaşdı - Son hərbçinin də nəşi tapıldı
Türkiyənin Gürcüstanda qəzaya düşən hərbi yük təyyarəsi ilə bağlı axtarışlar yekunlaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, təyyarədə olan hərbçilərdən sonuncusunun də nəşi tapılıb.
Ötən gün isə təyyarənin qara qutusu tapılaraq Türkiyəyə aparılmışdı.
Xatırladaq ki, noyabrın 11-də Gəncədən Türkiyəyə uçan, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya düşüb. Qəza nəticəsində 20 hərbçi həlak olub. Türkiyə Milli Müdafiə Nazirliyi qəzanın səbəbinin qurumun ekspert qrupunun apardığı ətraflı araşdırmadan sonra açıqlanacağını bildirib.
Banu