Kopenhagendə dronların uçuşuna qadağa qoydu
Danimarka hökuməti Kopenhagendə keçiriləcək Avropa İttifaqı (Aİ) sammiti ərəfəsində dronların uçuşuna qadağa qoyub.
SAVASHMEDİA.az trm.dk portalına istinadən xəbər verir ki, bu barədə Danimarka Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, bu gündən etibarən oktyabrın 3-dək Aİ sammiti ilə əlaqədar bütün mülki dronların Danimarka hava məkanında uçuşları qadağan edilir.
“Biz xarici İHA-ların son vaxtlar olduğu kimi qeyri-müəyyənlik yaratmasına və cəmiyyətdə sabitliyi pozmasına imkan verə bilmərik. Bundan əlavə, Danimarka Aİ liderlərini qəbul edəcək və biz təhlükəsizliyə xüsusi diqqət yetirməliyik. Buna görə də bazar ertəsindən cümə gününə kimi biz Danimarka hava məkanını bütün mülki İHA-lar üçün bağlayacağıq. Beləliklə, biz düşmən PUA-larının qanuni olanlarla və əksinə səhv salınması riskini istisna edirik”, - deyə nəqliyyat naziri Tomas Danielsen vurğulayıb.
Xatirə SADİQ