Azərbaycanlı jurnalist Türkiyədə həlak oldu - FOTO

Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.

Nov 13, 2025 - 13:38
Azərbaycanlı jurnalist Türkiyədə həlak oldu - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.

Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub.

Onun "Euronews" üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.