Bəşər Əsəd, qardaşı və əmisi oğluna edam cəzası verildi - RƏSMİ 

Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsədi, onun qardaşı Mahir Əsədi və əmisi oğlu Atəf Nəcibi ölüm cəzasına məhkum edib.

Aug 11, 2026 - 15:26
Bəşər Əsəd, qardaşı və əmisi oğluna edam cəzası verildi - RƏSMİ 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Suriya dövlət mediası məlumat yayıb.

Qərar Suriya xalqına qarşı cinayət törətməkdə ittiham olunan Atəf Nəcib və digərlərinə qarşı qaldırılan cinayət işi üzrə hökmün elan edilməsinə həsr olunmuş məhkəmənin doqquzuncu iclasında verilib.

Məhkəmə Bəşər Əsədi bir neçə nəfərin, o cümlədən uşaqların qəsdən və bilərəkdən öldürülməsi, işgəncə verilməsi, qanunsuz həbs və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilib və onu qiyabi olaraq ölüm cəzasına məhkum edib.

Məhkəmə Atəf Nəcibi də təqsirli bilərək, ölüm cəzasına məhkum edib.

Məhkəmə həmçinin iş üzrə materiallarda adları qeyd olunan və ölkədən qaçmış şəxsləri - Mahir Əsədi, Fəhd Casim əl-Fərci, Məhəmməd Əymən Əyyuşu, Luay Əli əl-Əlini, Qusay İbrahim Məhbubu, Vəfiq Saleh Nasiri və Təlal Faris əl-Əsimini qəsdən və bilərəkdən adamöldürmə, ölümlə nəticələnən işgəncələr törətməkdə təqsirli bilərək, onların hər birinə qiyabi olaraq edam cəzası verib.

Aytən