Poroşenko parlament iclaslarından kənarlaşdırılacaq
Ukrayna Ali Radasının Reqlament Komitəsi xalq deputatlarına “Avropa Həmrəyliyi” fraksiyasının lideri Petro Poroşenkonun parlament iclaslarında iştirakdan kənarlaşdırılmasını dəstəkləməyi tövsiyə edib.
SAVASHMEDİA.az bu barədə “Ukrinform”a istinadən xəbəbr verir.
Məlumata görə, müvafiq təşəbbüsün qəbulunu 6 xalq deputatı dəstəkləyib, 3 nəfər bitərəf qalıb, 1 nəfər isə əleyhinə çıxıb.
“Avropa Həmrəyliyi” partiyasından bildirilib ki, prezidentin ofisi “Xalqın xidmətçiləri”nə təzyiq göstərir və “Avrohəmrəyliyin” lideri Petro Poroşenkonun “xidmətçi” Yaremenkonu şəxsi dialoqda təhqir etdiyinə görə Radanın plenar iclaslarında iştirakına qadağa qoymağa çalışır.
Xatirə SADİQ