“Tok” vurmasından ölən sədrin anasının da vəziyyəti ağırdır - Foto
Ötən gün vəfat edən Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrekin anasının da vəziyyəti ağırdır.
SAVASHMEDİA.az xəbər verir ki, Gülten Zeyrekin səhhəti oğlunu elektrik cərəyanının vurması xəbərini aldıqdan sonra pisləşib və o, xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib. Ötən gecə oğlunun ölüm xəbərini alan ananın durumu daha da ağırlaşıb. Həkimlər Gülten Zeyrekin həyatını qurtara bilsələr də, vəziyyəti hələ də ağır olaraq qalır.
Qeyd edək ki, Ferdi Zeyreki evindəki hovuzun mühərrikində yaranan nasazlığı aradan qaldırmaq istəyərkən elektrik cərəyanı vurub. Həkimlər 70 dəqiqəlik müdaxilədən sonra Zeyreki həyata qaytara biliblər. Lakin Ferdi Zeyrek 3 günlük həyat mübarizəsindən sonra dünən vəfat edib.
Banu
Fotoda: Ferdi Zeyrek və Gülten Zeyrek