Los-Ancelesə görə Trampa sataşdı - “Ey, Donald…”
Amerikanın tanınmış yazarı, satiraçı, komediya ustası və aktyoru Endi Borovits ABŞ prezidenti Donald Trampa sataşıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, incə yumorunu “Facebook” sosial şəbəkəsində paylaşıb.
“Ey, Donald, siz Kaliforniyaya müharibə yox, Ukraynaya sülh gətirəcəyinizə söz vermişdiniz”, - deyə populyar yazar vurğulayıb.
Qeyd edək ki, Borovits “The New York Times” versiyası üzrə bestsellerin müəllifi kimi yumora görə Milli Mətbuat Klubunun (National Press Club) mükafatını qazanmış ilk yazıçıdır.
Xatirə SADİQ