Tapmaca DESƏM, taparsan? – 1

1. Qədimdə yunanlar və romalılar elə dəsmaldan istifadə edirdilər ki, onu qətiyyən yumurdular. Niyə?

Jul 11, 2025 - 12:58
Tapmaca DESƏM, taparsan? – 1

2. Finlandiyanın bəzi çimərliklərində polis klassik musiqi səsləndirir. Nə üçün?

 3. Ruslarda it balası və eyni zamanda musiqi aləti...

 4. Niyə Amerika zənciləri ingilis, alman, irlandiyalı, italiyalı, ispan soyadları daşıyırlar?

 5. 1 iyul 1200-cü ildə Çində yenicə icad olunmuş günəş eynəyi ilk dəfə tətbiq edilmişdi. Hansı məqsədlə?

 6. Diana Ulyanova, Tiffani Heyz, Aleksandra Mollenhauer və Mersedes Uoker kimlərdir?

 7. Braziliyanın qərbindəki Marubo qəbiləsində insanlar əsrlər boyunca heyvan ovu və balıqçılıqla məşğul olmaqla özlərini qida ilə təmin edirdilər. İyirmi il bundan əvvəl oraya nə gəldi ki, əhali aclıq çəkməyə başladı?

 8. Kayurlar – Alyaskanın şimalında yüklə dolu it kirşələrini sürənlər – bir gün öz itlərinin gözləri ətrafına qara tuş sürtməyə başladılar. Nə üçün?

 9. 2019-cu ildə ev interyerindəki bir əşyanı – çarpayını – təkmilləşdirməyi qərara aldılar. Necə?

 10. Çində kimi “yumurta” adlandırırlar?

 11. Əvvəllər Rusiyada kirpi-saat vahidi ilə nə ölçülərdi?

 12. Əsrin əvvəlində hansı kişi geyimi etiketində (qaydasında) dəyişiklik edildi?

 13. Hər il Milad bayramında skandinaviyalı uşaqlar mütləq qaydada nə edirlər?

 14. Avstriya-Macarıstan sakini Adam Rayner nə ilə məşhurlaşmışdı?

 15. Niyə kosmonavtlar uçuşa özləri ilə yumşaq uşaq oyuncağı götürürlər?

 16. Britaniyalı Cozef Pristli 1767-ci ildə nə icad edib?

 17. Frans Mendelson, Rixard Vaqner tarixdə nəyi çeviriblər?

 18. Astaranın cənubunda yerin altından çıxan bulaq suyunu fərqləndirən əsas cəhət nədir?

 19. Ağ ayının dərisi hansı rəngdədir?

 20. Ficidəki Taveoni adasında necə qeyri-adi keçid yerinə yetirmək mümkündür?

 21. Konfet kağızı ilə adi elektrik lampası arasında hansı ümumi cəhətlər var?

Cavablar:

 21. Konfet kağızı da, elektrik lampası da soldan sağa fırlatmaqla açılır və əksinə – saat əqrəbi istiqamətində fırlatmaqla bağlanır. Başlıcası isə – ikisini də dahi amerikalı ixtiraçı Tomas Edison icad edib.

 20. Zaman tullanışı. Ada 180-ci meridianda yerləşir və günlərin birindən o birinə keçid orada baş verir.

 19. Ağ ayının dərisi qara rəngdədir.

 18. Kibrit çəkdikdə, sudan alov qalxır. Mənbə Yanar-bulaq adlanır.

 17. Nümunə göstərməklə, dirijorların üzünü musiqiçilərə çeviriblər. Onlara qədər arxanı tamaşaçıya çevirmək ayıb, ədəbsizlik sayılırdı və dirijor orkestri yanakı idarə edirdi.

 16. Qazlı su.

 15. Bu əşyalar kosmosda çəkisizliyin indikatoru rolunu oynayır.

 14. Rayner 30 yaşınadək çox kiçik boylu adam idi – 130 santimetrlik. Sonra isə boyu sürətlə artıb 234 santimetrə çatdı.

 13. Çırtdana bir qab sıyıq aparırlar. İsveçdə bu, “nisse”, Norveçdə – “tomte” adlanır.

 12. Pencəyi aşağıdan düymələməmək qaydası ənənəyə çevrildi.

 11. Kirpi-saat 1 kirpinin 1 saat ərzində parazitlərin yayıldığı ərazidə yeriməklə tikanlarına nə qədər gənə toplandığının ölçü vahididir.

 10. Çinə məftun olmuş ağ avropalını.

 9. İkinəfərlik çarpayıda kim isə yuxulu ikən o biri tərəfə keçirsə, çarpayı əyilir və adamı yerinə qaytarır.

 8. Gunəş ağ sifətli hask itlərinin üzündən bərq vurub gözlərinə düşməsin. Bu üsulun kömək edib-etmədiyi məlum deyil: itlər heç nə demir.

 7. Qəbilənin yaşadığı əraziyə internet çəkildi. Hamı əlinə ov silahı əvəzinə smartfon götürdü.

 6. 3×3 qadın basketbolu üzrə Azərbaycanın Olimpiya yığma komandasının üzvləri.

 5. Məhkəmə iclasında hakimlər öz reaksiyasını gizlətsinlər deyə.

 4. Quldarlıq ləğv olunan zaman zəncilərin yalnız Afrika, yaxud xristian mənşəli adları vardı. Sənəd verilərkən, orada əvvəlki sahibinin soyadı yazıldı.

 3. Balalayka.

 2. Həddindən artıq səs-küylü yeniyetmələri çimərlikdən uzaq salmaq məqsədilə. Onlar, məsələn, Şubertin “Ave Mariya”sını, yaxud “İlin fəsilləri” musiqisini eşidən kimi, özləri çıxıb gedirdilər.

 1. Həmin dəsmallar asbestdən hazırlanmışdı. Çirkləndikdə, onları oda atırdılar. Quru çirk yanırdı, dəsmal yenidən təmiz olurdu.

 A.ƏZİZ