Peskov ABŞ vitse-prezidentinin açıqlamasına təəccüblənib - “İzahat istəyirik"

“Rusiya ABŞ-nin vitse-prezident Ceyms Di Vensin danışıqların nəticəsiz qalacağı təqdirdə Amerika qoşunlarının Ukraynaya göndərilməsini istisna etməməsi ilə bağlı sözlərinə görə ABŞ-dən izahat almağa ümid edir”. 

Feb 14, 2025 - 14:39
Peskov ABŞ vitse-prezidentinin açıqlamasına təəccüblənib - “İzahat istəyirik"

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib. 

“Amerika mətbuatında gedən müsahibəyə gəlincə, bunlar mövqeyin yeni elementləridir. Biz əvvəllər belə formulları eşitməmişdik, onlar səsləndirilməmişdi. Ona görə də, sözsüz ki, məhz barəsində danışdığımız təmaslar zamanı, əlbəttə ki, biz bəzi əlavə izahatlar alacağımıza ümid edirik”, - deyə Peskov bildirib. 

Xatırladaq ki, “The Wall Street Journal” qəzetinə müsahibəsində Vens Amerika qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib. O, bildirib ki, əgər Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişi ilə razılaşmasa, ABŞ Moskvanı sanksiyalarla və ola bilsin ki, hərbi əməliyyatlarla vuracaq.

Xatirə SADİQ