Britaniya parlamentində rus deputatlardan şübhələniblər – “Guardian”

Britaniya parlamentinin binasında ekskursiya zamanı bir neçə rus diplomatı ümumi qrupdan ayrılaraq Lordlar Palatasının palatasına daxil olduqları zaman saxlanılıb.

Jan 17, 2025 - 11:24
Britaniya parlamentində rus deputatlardan şübhələniblər – “Guardian”

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, “Guardian” dekabrın 25-də Britaniyada qeyd olunan Milad ərəfəsində baş verən bu hadisəyə xüsusi məqalə həsr edib.

Parlament binasındakı daxili təhlükəsizlik əməkdaşları rus diplomatlarını palatadan çıxarıb və orada ekskursiyaların keçirilmədiyini izah ediblər.

“BBC” qeyd edib ki, Britaniya hökuməti hadisəni daha ciddi qəbul edərək, hər iki palatanın üzvlərinə məktub göndərib. Məktubda rusiyalı diplomatları parlamentin binasına, hətta özəl şəkildə də dəvət etməmək barədə xəbərdarlıq edilib.

Məqalə müəllifləri diqqətə çatdırıblar ki, rusların əməkdaşlardan birinin şəxsi təşəbbüsü, yoxsa deputatların öz təşəbbüsü ilə təşkil olunan ekskursiyaya qatılıb-qatılmaması, yaxud rus diplomatlarının adi turistlər kimi bilet alıb-almaması hələ də qaranlıq qalır.

“Guardian” xatırladıb ki, 2022-ci ilin mart ayından etibarən Rusiya dövlətinin nümayəndələri rəsmi olaraq arzuolunmaz şəxslər – “persona non qrata” elan edilib və bu barədə Rusiya səfirinə yazılı məlumat verilib. 

Ser Lindsi Hoyl və Lord Makfoll adlarından hər iki palatanın deputatlarına göndərilən məktubda qeyd edilir ki, “hazırkı tədbirlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra görülüb”.

Xatirə SADİQ