"Putin qorxurdu, telefonda mənə dedi ki..." - Bayden bunu ilk dəfə danışdı
“Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni nüvə silahına sahib olacağından qorxurdu, çünki o zaman raketlər Moskvaya uçardı”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti kürsüsünü tərk etməyə hazırlaşan Co Bayden “MSNBC” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət Putinin taktiki nüvə silahından istifadə haqqında danışmağa başlamasından sonra olub.
Bayden deyib ki, o zaman Putin amerikalı həmkarına “Mən bilirəm ki, sabah məni Ukraynadan çıxara bilərsiniz. Moskvanı vura bilərsiniz” deyib.
“Düşündüm ki, bu oğlan taktiki nüvə silahından istifadə etmək istəyir. Xeyr, mən bunu etmək istəmirəm. Avropadakı taktiki nüvə silahları ruslar da daxil olmaqla hamını qorxudur. Mən bunu ona dəqiq eyham vurdum. O, mənə dedi ki, Ukraynada nüvə silahı olmadığından əmin olmaq istəyir. Yəni onlar NATO üzvü olmayacaqlar”, - deyə Bayden yada salıb.
Bayden o zaman Putinə “bu, problem deyil, biz artıq nüvə silahını götürmüşük” cavabını verdiyinə diqqəti cəlb edib.
“Sistemlərini əhəmiyyətli dərəcədə dəyişməyincə, biz onu geri qaytarmağa hazırlaşmırıq və onlar NATO-nun bir hissəsi olmayacaqlar. Əgər bacarsaq, onların inkişafına kömək etməyə davam edəcəyik, lakin bu iki şey baş verməyəcək. Ancaq siz oraya daxil olmayacaqsınız və onları işğal etməyəcəksiniz. Siz bu əraziyə iddia etməyəcəksiniz”, - deyə Bayden Putinlə sövdələşmələrinin təfərrüatına aydınlıq gətirib.
Xatirə SADİQ