Paşinyan öz səhvinə görə məmuru İŞDƏN ÇIXARDI - Qırğıza qazax demişdi + VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Protokol Xidmətinin rəhbəri Qaqik Vanoyanı vəzifədən azad edib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Qırğızıstan prezidenti ilə keçirilən mətbuat konfransında Paşinyanın etdiyi səhv olub.
Belə ki, bir neçə gün əvvəl İrəvanda COP17 iqlim konfransı çərçivəsində Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla birgə mətbuat konfransı keçirib.
Brifinqdə Paşinyan onun üçün hazırlanmış mətni oxuyarkən Qırğızıstan Prezidenti Sadır Japarovu Qazaxıstan Prezidenti adlandırıb.
Bu səhv Qaqik Vanoyanın vəzifəsini itirməsi ilə nəticələnib.
Qeyd edək ki, Q.Vanoyan 2022-ci ilin dekabrında Dövlət Protokol Xidmətinin rəhbəri təyin olunmuşdu.
Banu
Посмотреть эту публикацию в Instagram