Hərbçilər bu halda 300 manat CƏRİMƏ OLUNACAQLAR
Hərbi xidmətdə özbaşına xidmət yerini tərk edən və ya üzrsüz səbəbdən vaxtında gəlməyən hərbçilər üçün yeni cərimələr təklif olunur.
SAVASHMEDİA.az xəbər verir ki, Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılan layihəyə əsasən, bu qayda pozuntularına görə 200-300 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq edilə bilər.
Eyni əməli bir il ərzində təkrar törədənlər isə 300-500 manat cərimə və ya 10 gündən bir ayadək inzibati həbs cəzası ala bilərlər.
Oğuz