Polkovnikdir, məxfi şöbənin rəisi olub...   - Niyaməddinin qızı Röyanın DOSYESİ

Xalq artisti Niyaməddin Musayevin qızı Röya uzun müddət Fövqəladə Hallar Nazirliyində (FHN) məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

Jan 23, 2026 - 00:05
Jan 23, 2026 - 12:23
Polkovnikdir, məxfi şöbənin rəisi olub...   - Niyaməddinin qızı Röyanın DOSYESİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə oxu24.com məlumat əldə edib.

Məlumata görə, Röya Musayeva polkovnik rütbəsi daşıyır. O, Xarici Dillər Univetsitetinin ingilis dili fakültəsini bitirib. Həyat yoldaşı Rəmzi əslən Laçın rayonundandır. SOCAR-da və tabeliyində olan zavodlarda yüksək vəzifələrdə calışıb. Bir oğul, bir qız övladı olan Röya Musayeva 5 ildir ailəsi ilə birgə Kanadada yaşayır.

Niyaməddin Musayev qızının şərəfinə musiqi ansamblının adını "Röya"  adlandırıb."Röya" mahnısını da qızına həsr edib.

Qeyd edək ki, Röya Musayevanın adı son vaxtlar mediada müğənni Qumral Musayeva ilə yaşadığı gərginliklə bağlı hallanıb. Qumral Musayeva Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını icazə almadan oxuyub. Röya Musayeva isə müəllif hüquqlarını və mahnıdakı “cütlənmiş” sözünün “cütləşmiş” kimi oxunmasını əsas gətirərək Q.Musayevanın ifasını “Youtube” sosial platformasından sildirib.