Elvin azarkeşlərə nə demək istəyirdi? - "Başuvaa"nın SİRRİ AÇILDI + VİDEO
Ötən gecə baş tutan “Qarabağ”-“Ayntraxt” matçı həm təmsilçimizin möhtəşəm qələbəsi, həm də futbolçularımızın meydançada əyləndiyi anlarla yadda qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, xüsusilə Elvin Cəfərquliyevin qələbə sevinci maraqla qarşılanıb. Belə ki, şərhçinin əlindən mikrofonu alan Elvin “başına” sözünü ləhcə ilə “Başuvaaaa” deyə qışqırıb.
Bəziləri E.Cəfərquliyevin bu sözü matça “Qarabağ” əleyhinə qərəzli və ədalətsiz qərarları ilə damğa vuran isveçli hakimə (Başına daş düşsün!) ithaf etdiyini düşünsə də, bəziləri müdafiəçimizin stadiondakı azarkeşlərin sevincinə şərik çıxaraq (Başınıza dönüm) mənasında dediyini bildirib.
Hansı mənada dediyini təbii ki, Elvin özü aydınlaşdıra bilər.
Məsələdən xəbərdar olmayanlar üçün bildirək ki, “Başuvaaa Dönər”rəm” ifadəsi Şirvanda fəaliyyət göstərən dönərxanalardan birinin şüarıdır.
Dönərxananın səhifəsində paylaşılan bütün videolarda səsləndirilən bu şüar son zamanlar “TikTok”da trend olub.
Banu
@sahin..usta Başunnnnnnn❤️❤️❤️ #şirvan #şəhər ♬ orijinal ses - ????Şahin.Usta????Başuvaaaa????