"Çətinə düşəndə atası oluram?" - Tatlısəs qızından imtina etdi

Məşhur müğənni İbrahim Tatlıses özü kimi müğənni olan qızı Dilan Çıtakla bağlı açıqlama verib.

Jul 29, 2025 - 12:37
"Çətinə düşəndə atası oluram?" - Tatlısəs qızından imtina etdi

SAVASHMEDİA.az xəbər verir ki, sevilən ifaçı qızının polislə yaşadığı gərginlik zamanı “Tatlıses” soyadından istifadə etməsinə etiraz edib.

“Bəs nə oldu məni ata kimi qəbul etmirdi? Çətinə düşən kimi soyadıma sığınır. Çox şey deyərəm, amma nəysə...”

Xatırladaq ki, polis bir neçə gün öncə avtomobili ilə qəza şəridində hərəkət edən Dilan Çıtakı saxlayıb. Çıtak sənədləri yoxlanılan zaman avtomobili hərəkət etdirib. “Saxla” əmrinə tabe olmayaraq, pikapı polisin üstünə sürüb. 

Hadisə nəticəsində saxlanılan Dilan Çıtak “Mən İbrahim Tatlısesin qızıyam” deyib. O, məhkəməyə çıxarılıb. Həmin an təşvişə düşdüyünü, stress yaşadığını bildirib. 

D.Çıtak şərti azadlığa buraxılıb.

Banu