Ən az xarab olan avtomobillər açıqlandı - Bu marka yenə liderdir + SİYAHI
Avtomobil alarkən sürücülərin ən çox diqqət yetirdiyi məqamlardan biri etibarlılıqdır. Məhz buna görə hər il dərc olunan beynəlxalq reytinqlər avtomobil bazarında böyük maraq doğurur.
SAVASHMEDİA.az xəbər verir ki, ən etibarlı avtomobil markası yenə "Toyota" seçilib.
Ekspertlər bildirirlər ki, markanın modelləri uzunömürlü mühərrikləri, aşağı nasazlıq göstəriciləri və münasib servis xərcləri ilə rəqiblərini qabaqlayır.
Siyahı hazırlanarkən minlərlə avtomobil sahibinin rəyi, texniki nasazlıqların sayı və uzunmüddətli istifadə göstəriciləri nəzərə alınıb.
Mütəxəssislərin sözlərinə görə, son illərdə avtomobillərdə elektron sistemlərin artması bəzi markalarda nasazlıqların çoxalmasına səbəb olsa da, Yaponiya istehsalı olan modellər etibarlılıq baxımından üstünlüyünü qorumağa davam edir.
Ən etibarlı avtomobil markalarının ilk beşliyini təqdim edirik:
Toyota
Subaru
Lexus
Honda
BMW
Ekspertlər qeyd edirlər ki, avtomobil alarkən təkcə qiymətə deyil, etibarlılıq, ehtiyat hissələrinin əlçatanlığı və servis xərclərinə də diqqət yetirmək uzunmüddətli perspektivdə daha sərfəli seçim hesab olunur.
Aytən