“Ya sülh, ya da biri məhv olacaq" - Viktor Orban

“Rusiya ilə Ukrayna arasında hərbi münaqişə ya 2025-ci ildə sülh danışıqları, ya da müharibə edən tərəflərdən birinin məhv edilməsi yolu ilə başa çatacaq”.

Dec 24, 2024 - 14:32
“Ya sülh, ya da biri məhv olacaq" - Viktor Orban

SAVASHMEDİA.az xəbər verir ki, bunu Macarıstan baş naziri Viktor Orban “Magyar Nemzet! Qəzetinə müsahibəsində deyib.

Müharibə illərində Kiyevə yardım üçün ABŞ və Avropanın təxminən 300 milyard avro xərclədiyinə diqqət çəkən Orban bildirib ki, bu vəsaiti bütün Avropanın həyat səviyyəsini yaxşılaşdırmaq üçün istifadə etmək olardı.

“Biz bütün Balkanları Avropanın inkişafı səviyyəsinə qaldıra bilərdik. Biz miqrasiyanın qarşısını ala, tamamilə yeni Avropa müdafiə sistemi qura bilərdik. Amma bu pullar yandı”, - deyə Orban bildirib. 

O, xatırladıb ki, Ukrayna ərazisinin bir hissəsi itirib, ukraynalıların bir hissəsi ölkəni tərk edib, onun infrastrukturu, nəqliyyat və enerji sistemləri tamamilə dağıdılıb.

Bununla belə, Orban hesab edir ki, 2025-ci ildə hərbi siyasət əvəzinə dünc illərin siyasəti qayıdacaq və Avropa iqtisadi uğurlar əldə edəcək. 

Xatirə SADİQ