Dünya çempionatı Səudiyyə Ərəbistanda keçirilməsin – Filip Lamdan etiraz

“Futbol üzrə Dünya çempionatlarının Rusiya (2018) və Qətərdə (2022) keçirilməsi səbəbindən Avropa bir az əziyyət çəkdi”.

Dec 24, 2024 - 14:37
Dünya çempionatı Səudiyyə Ərəbistanda keçirilməsin – Filip Lamdan etiraz

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Blickpunkt Sport” nəşrinə “Bavariya” fubol klubunun və Almaniya milli yığmasının keçmiş kapitanı Filip Lam (Philipp Lahm) deyib. 

“Buna görə də bu yay bütün tədbirlərin [Parisdəki Olimpiada və Almaniyadakı Avroçümpionat] Avropada, demokratik ölkələrdə keçirilməsi çox vacib idi və biz futbolun və idmanın nəyə nail ola biləcəyini gördük”, - Lam bildirib.

Lam hesab edir ki, vacib hadisələr demokratik ölkələrdə keçirilməlidir, buna görə də 2034-cü il Dünya Çempionatının Səudiyyə Ərəbistanına həvalə edilməsinə tənqidi yanaşır. 

Onun sözlərinə görə, özü üçün müsbət nümunə turnir direktoru olduğu 2024-cü il Avropa çempionatı olub. 

“Ümumiyyətlə, insanları bir araya gətirmək üçün zamana uyğun bir turnir keçirmək istədik və düşünürəm ki, buna nail olduq. Həmrəylik təkcə Almaniyada deyil, bütün Avropada yenidən göründü”, - Lam əlavə edib.

Xatirə SADİQ