İmamoğludan Mansur Yavaşın namizədliyinə REAKSİYA: “ Heç vaxt...”
İstanbulun Silivri həbsxanasında cəza çəkən bələdiyyə sədri Əkrəm İmamoğlu həbsdə olan jurnalist Fatih Altaylının suallarını cavablandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Fatih Altaylı Əkrəm İmamoğludan Mansur Yavaşın prezidentliyə namizədliyini dəstəkləyib, dəstəkləməyəcəyini soruşub.
“Heç vaxt namizədliyi şəxsi məsələ kimi görməmişik, düşünməmişik. Mansur başqan da, mən də millətimizə qarşı məsuliyyət daşıyırıq. İkimizin də hədəfi eynidir, gerisi təfərrüatdır” – İmamoğlu bildirib.
İmamoğlu Mansur Yavaşın “Əkrəm başqan həbsdə ikən namizədlik məsələsindən danışa bilmərəm” deməsini də yüksək qiymətləndirib:
“Mansur başqan millətimizin iradəsinə və partiyamıza qurulan tələyə qarşı duruşu ilə bir CHP-li necə olmalıdır onu göstərdi. CHP-li iradəsini ortaya qoydu. Onun məsələyə münasibəti də bu iradədən qaynaqlanır”.
Banu