Təhlükəsizlik təminatları Rubionun başçılığı altında hazırlanacaq
Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması üzrə qrupa ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ prezidenti və Avropa liderləri məhz Marko Rubionun milli təhlükəsizlik müşavirləri və NATO rəsmilərindən ibarət işçi qrupuna rəhbərlik etməsi barədə razılığa gəliblər.
Təhlükəsizlik təminatları dörd komponentdən ibarət olacaq: hərbi mövcudluq; hava hücumundan müdafiə; silahlar; hərbi əməliyyatların dayandırılmasına nəzarət.
WSJ qeyd edir ki, Birləşmiş Ştatların öz qoşunlarını yerləşdirmədən avropalı sülhməramlılara dolayı yolla hərbi dəstək göstərə biləcəyi bir sıra üsullar mövcuddur.
Xatirə SADİQ