Hadisənin uşaqlarla bağlı çağırışına Türkiyə hökumətindən SƏRT REAKSİYA

Türkiyəli müğənni Hadisə Açıkgöz Ramazan ayı münasibətilə uşaqlarla bağlı paylaşım edib.

Feb 23, 2026 - 19:13
Hadisənin uşaqlarla bağlı çağırışına Türkiyə hökumətindən SƏRT REAKSİYA

SAVASHMEDİA.az xəbər verir ki, məşhur müğənni insanlardan ianələrini UNİCEF-ə etmələrini istəyib.

"Ramazan paylaşmaq, həmrəylik ayıdır. UNİCEF hər zaman çətin durumda olan uşaqların yanındadır. Heç bir uşaq ac qalmamalıdır. Türkiyədən Qəzzaya, Sudandan Afrikaya qədər bütün uşaqların iftar süfrəsində ümidə ehtiyacı var. Bir uşağın həyatını dəyişmək istəyirsinizsə, Ramazan ianələrinizi UNİCEF-ə edin” – Hadisə bildirib.

Bu çağırış Türkiyənin hakim dairələrində xoş qarşılanmayıb. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Hadisəyə sərt reaksiya verib:

“Hadisənin UNİCEF üçün hazırladığı videoda Türkiyəni Qəzza və Sudanla yanaşı “köməyə ehtiyacı olan ölkələr” sırasına daxil etməsi qəbuledilməzdir. Türkiyə aclıq böhranının baş verdiyi ölkə deyil, onlara yardım edən ölkədir. Türkiyəni müharibə və aclıqla mübarizə aparan bölgələrlə eyni kateqoriyaya daxil etmək reallıqdan uzaq və ölkə nüfuzuna xələl gətirən bir yanaşmadır”.

Banu