“ABŞ və Çin arasında ticarət görüşü yaxşı keçib” - Tramp

ABŞ prezidenti Donald Tramp bu cümə günü Çin lideri Si Cinpin ilə telefonda danışacağını elan edib.

Sep 15, 2025 - 18:13
“ABŞ və Çin arasında ticarət görüşü yaxşı keçib” - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb. 

“Amerika Birləşmiş Ştatları və Çin arasında Avropada böyük ticarət görüşü çox yaxşı keçdi! O tezliklə bitəcək. Ölkəmizdə gənclərin xilas etməyə çox can atdıqları “müəyyən” şirkət haqqında da razılıq əldə olundu. Onlar çox şad olacaqlar! Cümə günü sədr Si ilə danışacağam. Münasibətlərimiz çox möhkəm olaraq qalır”, - deyə Tramp vurğulayıb.
 
Media güman edir ki, Tramp “müəyyən şirkət” haqqında danışarkən, yəqin ki, ABŞ-ın satın almaq niyyətində olduğu TikTok-u, Amerika törəməsini nəzərdə tutub.

“Reuters” qeyd edib ki, ABŞ və Çin bu gün ikinci gün ardıcıl olaraq danışıqlar apararaq, Trampın tarifləri üzündən zədələnmiş ticarət əlaqələrini düzəltməyə çalışırlar. 

Bundan əlavə, ABŞ-nin maliyyə naziri Bessent TikTok üzrə sazişin tamamlanmaq üzrə olduğunu bildirib.

Xatirə SADİQ